Ukraynanın Odessa şəhəri dron-kamikadzelərin hücumuna məruz qalıb.
Modern.az xəbər verir ki, bu barədə Cənub Operativ Komandanlığı məlumat yayıb.
“Odessa yenidən düşmən PUA-ların hücumuna məruz qalıb. Şəhərin mərkəzində yerləşən inzibati binaya üç dron zərbəsi endirib. Xilasetmə əməliyyatı və yanğının söndürülməsi davam edir”, – məlumatda bildirilib.
Qeyd olunub ki, şəhərə dörd dronla hücum edilib. Hava hücumundan müdafiə qüvvələri bir pilotsuz uçan aparatı vurub.
Əhali arasında itki və zərər çəkən yoxdur.