Oğlu Rəşad Dağlının adından müraciət etdi – Video

Oğlu Rəşad Dağlının adından müraciət etdi – Video

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif atası ilə bağlı video yayımlayıb. 

Milletinsesi.az Axşam.az-a istinadən  xəbər verir ki, Yusif atasının və ailəsinin adından müraciət edib.

O bildirib ki, son günlər Rəşad Dağlı və həmkarı Baləlinin fotolarını sosial şəbəkədə paylaşırlar. Bu isə həm meyxanaçını, həm də ailəsini narahat edir:

“Son günlər atamın köhnə şəkillərini paylaşırlar. 2-3 il əvvəlin şəkilləridir. Bu, ailəmizə və atama narahatçılıq yaradır. Silən hər kəsə təşəkkür edirik”.

Qeyd edək ki, Rəşad Dağlı qonşusu – 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə

azadlıqdan məhrum edilib.

Share: