Oğuzda zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar 30.07.2023 tarixində yerli vaxtla saat 13:04-da Şəki stansiyasından 10 km şərqdə, Oğuz rayonunda 3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 18 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar hiss olunmayıb.