Oktyabrın əvvəlindən Belarusda Rusiya qoşunlarının yerləşdirilməsinə başlanılıb, proses davam edir…

Oktyabrın əvvəlindən Belarusda Rusiya qoşunlarının yerləşdirilməsinə başlanılıb, proses davam edir…

“Peyklər Belarus poliqonlarında rusiyalı hərbçilər və “Kinjal” raketlərlə qırıcıları olan alaçıqlarını qeydə alıb…”

 

“Ukraynaya hücum etmək üçün təxninən 70 min adam, tanklar, döyüş sursatları və yanacaq-sürtkü materialları lazımdır…”

 

Oktyabrın ortalarında Belarusun əsas poliqonlarına Rusiya hərbçilərinin olduğu eşelonlar gəlməyə başlayıb, yeni hərbi infrastrukrur inşa edilir. Onların bəziləri Rusiyanın Ukraynaya fevalın 24-də hərbi müdaxilədən öncə Belarusda olanlarla analogiya təşkil edir.

 

Moderator.az xəbər verir ki, bu barədə noyabrın 4-də “AzadlıqRadiosu” “Planet Labs” peyk şəkillərinə istinadən məlumat yayıb.

 

Fotoda Brest vilayətinin Baranoviçi yaxınlığında yerləşən 230-cu Obuz-Lesnovski ümumqoşun poliqonunda  çoxlu sayda hərbi çadır və texnikanın olduğu görünür.

 

Şəkillər oktyabrın 31-də çəkilib, lakin nəşrin məlumatına görə hərbçilər və texnika poliqona oktyabrın 16-da gəlib.

 

Böyük çadır düşərgəsinin ölçüləri 150-220 m təşkil edir. Onun yanında daha bir 90 x 90 m çadır şəhərciyi var.

 

Rusiyalılar cəmi 150 çadır göndərib, onların yanında təxminən 200 vahid hərbi texnika var. Poliqondan şımala Vereytsı stansiyası yerləşir, orada qatar dayanıb və yükü boşaldılır.

 

Həmçinin düşərgədən şimala işğalçılar 100 × 80 m olan səhra hospitalı yerləşdirib. Tədris mərkəzinin şimal hissəsində ümumi sahəsi 100 × 60 m olan ən azı 40 çadır gormək olar.

 

Texnikanın cəmləşməsi həmçinin Mogilyov vilayətinjn Osipoviçi yaxınlığında yerləşən “Repişşa” hərbi poliqonu görünüb.

 

31 oktyabr tarixli peyk şəklində 160 × 50 m olan düşərgə və ən azı 35 hərbi çadır qeydə alınıb. Şəkildə haubitsalara bənzər yük maşınları görünür.

 

Vitebskdəki “Lasbida” poliqonunun peyk şəkilləri göstərir ki, orada çadırlar 11 oktyabdan sonra peyda olub. 14 oktyabr şəklində onlar artıq mövcuddur, ilk texnika üzə çıxıb.

 

Minsk yaxınlığındakı Maçulişi hərbi hava limanının 30 oktyabr tarixli şəkillərində Rusiya HKQ-nin üç “MiQ-31 K” qırıcı təyyarəsi görünür. Onlar hipersəsli “Kinjal” raketlərini daşıya bilir. Onların yanında daha bir obyekt var, uzunluğu (7-8 m) və formasına görə “Kinjal”ı xatırladır. 

 

Rusiyanın belə qırıcılırarının mövcudluğu və hava limanında “Kinjal” raketlərinin saxlanılması üçün konteynerlərə oxşayan obyektlərin olmasını Britaniya kəşfiyyatı da deyir.

 

Ukraynanın hərbi icmalçısı Mixail Jiroxov deyir ki, Belarus və Rusiyanın birgə regional qoşun qruplaşmasının formalaşması “faktiki olaraq başlanıb və kifayət qədər sürətlə gedir”.

 

Lakin hərbi ekspertin sözlərinə görə, Ukraynaya hücum etmək üçün rusiyalılara təxminən 70 min adam, tanklar, döyüş sursatları və yanacaq-sürtkü materialları lazımdır.

 

“Ona görə də biz indi yalnız prosesin başlanğıcını müşahidə edirik, Rusiyanın Belarusda iştirakı artmaqda davam edəcək”, – o, belə hesab edir.

Mənbə

Share: