Kolumbiyanın Espinal şəhərində keçirilən öküz döyüşü zamanı tamaşaçıların olduğu tribuna uçub.
Millətin Səsi.az Haber 7.com-a istinadən xəbər verir ki, qəza nəticəsində 5 nəfər ölüb, 500-dən çox insan yaralanıb.
Hadisədən sonra böyük xaosun yaşandığı arenadan qaçan öküz də xeyli insana xəsarət yetirib.
Sosial media platformalarında qəza anını əks etdirən videolar yayımlanıb. Ölən və yaralananların sayının artacağı ehtimal olunur.
Tolima Mülki Müdafiənin açıqlamasında yaralananlar arasında qadın və uşaqların da olduğu paylaşılıb.