“Ölənlərimizin sayı 200-ü çoxdan keçib…”- Erməni deputat etiraf etdi…

“Ölənlərimizin sayı 200-ü çoxdan keçib…”- Erməni deputat etiraf etdi…

Ermənistanın terrorçu eks-prezidenti Robert Köçəryanın lideri olduğu “Hayastan” blokunun parlamentdəki fraksiyasının üzvü Vaqe Akopyan  son döyüşlərdə Ermənistanın canlı itkisinin 200-dən yuxarı olduğunu etiraf edib.

 

Moderator.az xəbər verir ki, hazırda Moskvada olan erməni deputat bu haqda “Hraparak” nəşrinə müsahibəsində danışıb.

 

Müxbirin “Nikol Paşinyan 49 qurbanın( söhbət dünənki açıqlamadan gedir-S.L.) olduğunu bildirdi. Syunikdən(Qərbi Zəngəzur-S.L.) məlumatınız varmı?” sualına cavab olaraQ V. Akopyan belə deyib:

 

“Ölənlərimizin sayı 200-ü çoxdan keçib. 200-dən çox qurbanımız var…”

 

Xatırladaq ki, az öncə Ermənistan baş naziri N.Paşinyan rəsmi məlumatlara əsaslanaraq 105 erməni hərbçisinin öldüyünü etiraf edib…

 

Sultan Laçın

 

Mənbə

Share: