Olimpiadaya təsnifat xarakterli badminton yarışı Bakıda keçiriləcək

Olimpiadaya təsnifat xarakterli badminton yarışı Bakıda keçiriləcək

Paris Yay Olimpiya Oyunlarına təsnifat xarakterli badminton yarışı Bakıda keçiriləcək.

 

Azərbaycan Badminton Federasiyasından Moderator.az-a verilən məlumata görə, “Azerbaijan International 2024” Bakı İdman Sarayında gerçəkləşəcək.

 

Turnir fevralın 8-11-də baş tutacaq. Yarışda dünyanın müxtəlif guşələrindən olan oyunçular öz bacarıqlarını kortda nümayiş etdirəcəklər.

 

Mənbə

Share: