Ölkədə 2 milyona yaxın insan köklükdən əziyyət çəkir

 

“Azərbaycanda 2 milyona yaxın insan artıq çəkidən əziyyət çəkir ki, bu da əhalinin 20 faizi deməkdir”.

Milletinsesi.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev “Sağlam çəkiyə doğru” layihəsinin təqdimat mərasimində deyib.

“Artıq çəki dünyada kifayət qədər ciddi problemə çevrilib və Azərbaycanda da öz təsirini göstərməkdədir. Artıq çəki bir sıra xəstəliklərə səbəb olur. Bir məqamı qeyd edim k, 2020-ci ildə şəkərli diabet xəstələrinin sayı 250 minə yaxın idisə, ötən il bu rəqəm 310 minə yaxın olub. Bunlar sadəcə qeydiyyatda olan xəstələrdir”, – Agentlik sədri bildirib.

Mənbə

Share: