“Ölkəmiz BMT TŞ-nin daimi üzvü olacaq”

Hindistan mütləq BMT Təhlükəsizlik Şurasının daimi üzvü olacaq, lakin bu, asan olmayacaq.

 

Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Avstraliyanın Pert şəhərində hind diasporu ilə görüşündə deyib.

 

“Biz orada olacağıq. Mən 100 % əminəm ki, biz orada olacağıq. Amma düzünü deyim ki, biz ora asanlıqla çatmayacağıq, çünki dünyada böyük rəqabət var”, – nazir bildirib.

 

Cayşankarın sözlərinə görə, Hindistanı Təhlükəsizlik Şurasına daimi üzv olmaq yolunda əngəlləməyə çalışacaq qüvvələr var.

Mənbə

Share: