Ölmüş heyvan cəmdəyi satışa çıxarılarkən yaxalandı

Ağcabədi rayonunda satış üçün hazırlanmış ümumi çəkisi 82 kq olan bir baş istehlaka yararsız heyvan cəmdəyi aşkar olunub.

Qida Təhlükəsizliyi Agentliyindən Milletinsesi.az-a verilən məlumata görə, agentliyin və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Aşağı Avşar kəndi ərazisində axşam saatlarında İsmayılov Camil Yunis oğluna məxsus kəsim sahəsində onun avtomobilinin yük yerinə baxış keçiriblər.

Bu zaman avtomobilin yük yerindən istehlak üçün yararsız, mənşəyi məlum olmayan, ölmüş heyvana məxsus olduğu şübhə doğuran, satış üçün hazırlanmış ümumi çəkisi 82 kq olan heyvan cəmdəyi aşkar olunub.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aşkarlanmış istehlaka yararsız ətin satışının qarşısı alınıb və məhv edilməsi üçün zəruri tədbirlər görülüb. Həmçinin, ətdən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Faktla bağlı araşdırma davam etdirilir.

 

Share: