Alimlər, 2600 il əvvəl öldürülən qədim insana məxsus kəllə aşkar edərək, içində qorunub saxlanan beyin haqda izah verib. Tədqiqatçılar beyin toxumasının molekulyar tərkibini təhlil edib. Müayinə zamanı 800 zülal təyin olunub, bunlardan bəziləri immun reaksiyasında iştirak etmək üçün kifayət qədər funksional olub.
Milletinsesi.az deyerler.org-a istinadən bildirir ki, zülallar sıx birləşmiş aqreqatları formalaşdırıb və stabillik baxımından, müasir insanların beynində aşkar edilən formadan daha üstün bir haldır. Bu müəyyən qədər, beyin maddələrinin qorunub saxlanmasını izah edir. Bundan əlavə, kəllə tapıldığı mühit də mühüm rol oynayıb. Yumşaq toxumaları parçalayan mikroorqanizmlərin həyat fəaliyyəti üçün zəruri olan soyuq, rütubət və buna oxşar amillər, oksigen girişinin qarşısını ala bilərdi. İçində beyin olan kəllə sümüyü, Britaniyanin Helsinqton kəndi yaxınlığında arxeoloqlar qrupu tərəfindən aşkar edilib. Qalıqları bataqlıq dərəsində aşkar edilib, lakin tədqiqatçılar saç kimi digər maddələr tapmayıb. Mütəxəssislər kəllənin kəsilmiş adama məxsus olduğunu aşkar edib. Adətən beyin maddələri özlümdən bir neçə dəqiqə sonra parçalanmağa başlayır. Tədqiqatçılar qeyd edir ki, beynin qorunub saxlanması üçün heç bir maddədən istifadə olunmayıb.