Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Rusiyada həbs olunan azərbaycanlı jurnalist Fuad Abbasovun məsələsi ilə bağlı rusiyalı həmkarı Tatyana Moskalkovaya məktub ünvanlayıb.
Report-un əldə etdiyi məlumata görə, E.Süleymanova məktubunda F.Abbasovla bağlı məsələnin və onun saxlanma şəraitinin nəzarətdə saxlanılmasını xahiş edib.