“Omoniya”nın iki müdafiəçisi “Qəbələ” ilə cavab oyununu da buraxa bilər

“Omoniya”nın futbolçuları Nikolas Panayotu və Paris Psaltis Kiprdə “Qəbələ”yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununu da buraxa bilərlər.

Yerli mətbuat xəbər verir ki, hər iki müdafiəçi zədəsini sağaltsa da, hələlik bərpa prosesi keçir. Tam hazır olmadıqları üçün onların “qırmızı-qaralar”la ev matçında da meydana çıxmaları sual altındadır.

Qeyd edək ki, avqustun 3-də keçiriləcək “Omoniya” – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk matçda Limassol təmsilçisi 3:2 hesablı qələbə qazanıb. /Report/

Mənbə

Share: