
“ABŞ Nümayəndələr Palatası 15-ci cəhddən özünə spiker seçib…”
“ABŞ-ın bütün sahələrdə dəstəyi Ukrayna üçün döyüş meydanında həyati əhəmiyyət kəsb edib…”
Medvedev ABŞ Nümayəndələr Palatasına seçkiləri də şərh edir…
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev respublikaçı Kevin Makkartinin ABŞ Nümayəndələr Palatasının spikeri seçilməsini şərh edib.
“15 raund: ABŞ hakim partiyaları Nümayəndələr Palatasının spikerini seçməyib, donuz cəmdəyi daşıyıblar”.
Moderator.az xəbər verir ki, bu barədə o, özünün “Telegram-kanal”ında qeyri-diplomatik fikir bildirib. Məlumatı “Qazeta.ru” nəşri yayıb.
Öz postunu Medvedev şəkillə müşayiət edib. Orada Respublikaçılar və Demokratlar partiyalarının rəmzləri olan fil və uzuqulaq var qüvvəsi ilə Ukrayna köynəyi və bayrağında olan kök birisini arabada daşıyırlar. Görünür, Medvedev ABŞ-da seçkilərin qalibini nəzərdə tutub.
Xəbər verildiyi kimi, bu gün ABŞ Nümayəndələr Palatası 15-ci cəhddən respublikaçı Kevin Maklartini yeni spiker seçib. O, konqresmenlərin 216, əsas rəqibi, demokrat Xakim Cefris isə 212 səsini toplayıb.
Dmitri Medvedev Kevin Malkartiyə, ehtimal ki, ona görə Ukrayna köynəyi geyindirib ki, o, noyabr ayında Konqresə aralıq seçkilər ərəfəsində Ukraynaya Rusiyanın tammiqyaslı müharibəsində dəstəyin davam etdirilməsinə tərəfdar çıxıb.
Yeri gəlmişkən, Rusiyanın sabiq prezidentindən fərqli olaraq, Ukraynanın indiki prezidenti ABŞ Nümayəndələr Palatasında Respublikaçılar Partiyasının 57 yaşlı liderini spiker seçilməsi münasibətilə təbrik edib. Ukrayna lideri onun ölkəsinə Kevin Makkartinin bundan sonra da dəstəyinə ümid etdiyini ifadə edib.
“ABŞ-ın bütün sahələrdə dəstəyi Ukrayna üçün döyüş meydanında həyati əhəmiyyət kəsb edib. Biz sizin ümumi qələbəmizi yaxınlaşdıracaq daimi dəstəyinizə və bundan sona yardımınıza ümid edirik”, – Zelenski özünün “Twitter” səhifəsində yazıb.