“Onlar müharibədə şir kimi döyüşüblər”

“Onlar müharibədə şir kimi döyüşüblər”

Elmira Axundova: “Gənclərimizlə fəxr edir, qürur duyuruq”

 

“Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsində şir kimi döyüşüblər. Onların qəhrəmanlığı bütün dünyanı heyrətə gətirib”.

 

Moderator.az xəbər verir ki, bunu Respublika Veteranlar Təşkilatında “Nəsillərin görüşü” silsiləsindən keçirilən tədbirdə Xalq yazıçısı Elmira Axundova söyləyib. O bildirib ki, gənclərin 44 günlük Vətən müharibəsində ortaya qoyduğu əzmkarlıq, cəsarət və vətən sevgisi onların milli mənəvi dəyərlərə bütün qəlbləri ilə bağlı olduğunu göstərdi:

 

“Vətən müharibəsində gənclərimiz elə böyük qəhrəmanlıq və cəsarət nümunəsi ortaya qoydu ki, bu nümunə illər, əsrlər sonra da qürurla xatırlanacaq, iftixar hissi ilə yad ediləcək. Gənclərimizin bu müharibədə ortaya qoyduğu əzm və iradə sübut etdi ki, onlar öz sələflərinin –  atalarının və babalarının mənəvi dəyərlər sisteminə, eləcə də qəhrəmanlıq irsinə sahib çıxmağa qadirdilər. Müharibə sübut etdi ki, gənclərimizin milli mənəvi dəyərlərə bağlılığı yüksək səviyyədədir. Onlar vətəni xials etmək, onu qorumaq üçün hər cür fədakarlığa qadirdilər.

 

Biz gənclərimizlə fəxr edir, onların qəhrəmanlığı ilə qürur duyuruq”.

 

Seymur ƏLİYEV

Mənbə

Share: