“Onlar Vətən müharibəsində düşmənə qarşı mübarizdə böyük qəhrəmanlıqlar göstərib”

“Onlar Vətən müharibəsində düşmənə qarşı mübarizdə böyük qəhrəmanlıqlar göstərib”

Bu gün 12 Mart –  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların yaranmasının növbəti ildödümüdür.

 

Bu münasibətlə Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov Daxili Qoşunların Vətən müharibəsindəki xidmətlərinə diqqət çəkib, onların fədakarlığını yüksək qiymətləndirib:

 

“Öncə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarını bu əlamətdar gün müansibətilə təbrik edir, onlara xidməti fəaliyyətlərində uğuralr arzulayıram.

2020-ci ilin 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin tərkib hissəsi kimi Daxili Qoşunların ortaya qoyduğu əzm, sərgilədiyi qəhrəmanlıqlar yaxın tariximizin unudulmaz səhifələrindəndir. Bu müharibədə Daxili Qoşunların hər bir əsgər və zabiti  şəxsi igidlik və şücaət nümunəsi ortaya qoydu, düşmənə amansız zərbələr vurdu. Məhz Daxili Qoşunların da təmsil olunduğu Silahlı Qüvvələrimizin yüksək peşəkarlığı və qəhrəmanlığı sayəsində düşmən 30 ilə yaxındır ki, işğal altında saxladığı, çoxsaylı istehkam və müdafiə sədləri inşa etdiyi  torpaqlarımızı 44 gün ərzində qoyub qaçmağa məcbur oldu. Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, Silahlı Qüvvələrimiz düşmənin başını “Dəmir yumruq”la əzdi.

 

Daxili Qoşunlar Vətən müharibəsində ortaya qoyduğu yüksək vətənpərvərlik ruhu ilə bir daha sübut etdi ki, onlar vətənimizi hər cür təhdid və təhlükədən müdafiə etməyə qadirdi.

 

Mən bir daha Daxili Qoşunların hər bir hərbçisini təbrik edir, onlara yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzulayıram”.

 

Seymur ƏLİYEV

Mənbə

Share: