“Onların əsas hədəflərindən biri Məhəmməd Əmin Rəsulzadədir”

“Onların əsas hədəflərindən biri Məhəmməd Əmin Rəsulzadədir”

“Tariximizin, şəxsiyyətlərimizin təbliği xaricdəki bəzi qüvvələri, həmçinin ermənipərəst dairələri təlaşa salır, onları hərəkətə gətirir. Buna görə də onlar ölkəmiz, onun tarixi, qəhrəmanları ilə bağlı ortaya müxtəlif yalanlar, iftiralar atmağa cəhd edirlər. Əsas hədəflərdən biri də Məhəmməd Əmin Rəsulzadədir”.

 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı bildirib. Millət vəkili qeyd edib ki, bu qüvvələr milli tariximizə, nəhəng şəxsiyyətlərimizə qara yaxmağa çalışırlar:

 

“Onlar Rəsulzadə ilə əlaqədar olmayan şeyləri onun adı ilə əlaqələndirməyə cəhd edirlər. Biz erməni Njdenin kimliyinə bələdik. Onun faşistlərlə əməkdaşlığı, faşistlərə nökərçilik etməsi ilə bağlı çoxlu tarixi fakt mövcuddur. Ermənilər isə heş bir əsas olmadan Rəsulzadəni Hitlerlə əlaqələndirmək istəyirlər. Deyirlər ki, guya Rəsulzadə Hitlerlə görüşüb. Halbuki, belə bir hadisə olmayıb və bunu təsdiq edən heç bir fakt yoxdur.

 

Biz düşmənlərin bu böhtanlarını da ifşa etməli, öz tariximizə, şəxsiyyətlərimizə sahib çıxmaqla milli tariximizi yaşatmalı, bu tarixi milli şüurumuza dərindən həkk etdirməliyik”.

 

Seymur ƏLİYEV

 

Mənbə

Share: