
“Mən hər bir gəncə Ulu öndər Heydər Əliyevin həyat yolunu, ideyalarını öyrənməyi tövsiyə edirəm. Çünki bu, sizə bir ömür lazım olacaq”.
Moderator.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin professoru Ağalar Abbasbəyli “Nəsillərin görüşü” silsiləsindən keçirilən tədbirdəki çıxışı zamanı bildirib. O, qeyd edib ki, Heydər Əliyev hər zaman gənclərə mühüm önəm verib, onların özlərini inkişaf etdirməsi, dövlət idarəetməsində yaxından iştirakı üçün böyük əmək srəf edib:
“Heydər Əliyev hər zaman gənclərə xüsusi sevgi və qayğı ilə yanaşıb, onların özlərini inkişaf etdirməsini, milli dəyərlərə bağlı şəxsiyyətlər kimi formalaşmasını vacib sayıb. Bu baxımdan Heydər Əliyev irsinin öyrənilməsi və təbliği sadəcə bugünümüz deyil, gələcəyimiz baxımından da mühüm əhəmiyyət kəsb edir. Gənclər vətəni necə sevməyi, onu necə qorumağı Heydər Əliyevdən öyrənməlidirlər. Çünki Ümummilli liderin həyat və mübarizə yolu həqiqətən də böyük bir məktəbdir və hər bir gənc bu məktəbdən mümkün qədər çox şey öyrənməyə çalışmalıdır”.
Seymur ƏLİYEV