“Onunla ömürlük müqavilə imzalamalıyıq”

“Onunla ömürlük müqavilə imzalamalıyıq”

Argentina millisinin yarımmüdafiəçisi Anxel Di Mariya milli komandanın baş məşqçisi Lionel Skaloni haqqında fikirlərini bölüşüb.

Milletinsesi.az QOL.az- istinadən  xəbər verir ki, Di Mariyanın sözlərini “TyC Sports” X sosial şəbəkə hesabı yayıb.

37 yaşlı futbolçu deyib: “Biz onunla ömürlük müqavilə imzalamalıyıq. Lionel Skaloninin qazandıqları, etdikləri inanılmazdır. Ümid edirəm ki, o, hələ uzun illər bizimlə qalacaq”.

Xatırladaq ki, Skaloni Argentina millisinin baş məşqçisi vəzifəsinə 2018-ci ildə təyin olunub. 2021-ci ildə 47 yaşlı mütəxəssisin rəhbərliyi ilə Argentina Amerika kubokunu qazanıb, 2022-ci ildə isə dünya çempionu olub. 2024-cü ilin yayında argentinalılar Skaloninin rəhbərliyi altında ikinci dəfə Amerika kubokunun qalibi olublar.

Share: