“ABŞ və digər ölkələr neft hasilatını artırmağa çağırış edir, habelə Moskvanın neft satışından əldə etdiyi gəliri məhdudlaşdırmağa cəhd göstərir…”
Neft İxrac edən Ölkələr Birliyi (OPEK+) və onun tərəfdaşları neft hasilatının gündə 1 milyon barrel azaldılması məsələsinə baxacaq. Bu, koronavirus pandemiyası başlanandan ən böyük azalma olacaq.
Qərar oktyabrın 5-də Vyanada 2 ildən artıq müddətdə ilk dəfə nümayəndələrin əyani görüşü zamanı qəbul ediləcək.
Moderator.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb.
Azalmanın gözlənildiyindən də çox olması dünya iqtisadiyyatının pul-kredit siyasətinin sərtləşdiyi dönəmdə surətlə azalmasından Neft İxrac edən Ölkələr Birliyinin narahatlığının miqyasını əks etdirəcək.
Neft İxrac edən Ölkələr Birliyi və onların tərəfdaşları hər ay online rejimdə görüşlər keçirir. Və gözlənilirdi ki, bu ilin sonunadək onlar əyani görüş keçirməyəcək. Görünür, neftin qiymətinin aşağı düşməsi bu qərara təsir edib.
Rusiyanın Ukraynaya fevralda hərbi müdaxiləsindən sonra “Brent” markalı neftin qiyməti 1 barrelə görə 125 dolları ötüb. O zamandan qiymət aşağı düşüb. Bu da Səudiyyə Ərəbistanı, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və digər iri istehsalçıların heyrət doğuran gəlirlərini zəiflədib. İyun ayından neftin qiyməti təxminən 30 faiz aşağı düşüb.
Neft hasilatının böyük həcmdə aşağı düşməsi dünya iqtisadiyyatında daha bir şok yarada bilər. ABŞ və digər ölkələr istehsalı artırmağa çağırış edir, habelə, Moskvanın neft satışından əldə etdiyi gəlirləri məhdudlaşdırmağa cəhd göstərir. OPEK+ tərəfindən hasilatın azaldılması, ehtimal ki, əks effekt verəcəkdir.
OPEK+ təşkilatı 23 ölkədən ibarətdir. Lakin burada ən böyük rolu Səudiyyə Ərəbistanı və Rusiya oynayır. Ər-Riyadla Moskva arasındakı münasibətlər Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra pisləşməyib.
Hələlik, Rusiyanın neft sahəsinin rəhbəri və baş nazirin müavini Aleksandr Novakın şəxsən Vyana sammitində iştirakı təsdiq edilməyib. Əgər o, iştirak edəcəksə, bu, dünyada neft istehsalçılarının, Qərb hökümətlərinin sanksiyalarına rəğmən, bundan sonra da öz fəaliyyətlərini Rusiya ilə koordinasiya etmək niyyətində olduqları barədə güclü siqnal olacaqdır.
Novak ötən həftə Rusiyanın Ukraynanın 4 vilayətini ilhaq etməsindən sonra ABŞ-ın sanksiyaları altıba düşüb. Avropa İttifaqı hələlik analoji sanksiyalar tətbiq etməyib. Ona göpə də Novakın Avstriya paytaxtını ziyarət etməsi üçün formal maneələr yoxdur.