Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2192 yeni yoluxma faktı qeydə alınıb, 1554 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Millətin Səsi.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 283 579 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 249 013 nəfər müalicə olunaraq sağalıb, 3 879 nəfər vəfat edib. 30 687 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 912, bu günə qədər isə ümumilikdə 3 005 197 test icra olunub.