“JenMsft” ləqəbli “Twitter” istifadəçisinin yaydığı fotoşəkil böyük müzakirələrə səbəb olub.
Bu barədə Lenta.ru xəbər yayıb.
Kadr təbiətdə çəkilib. Şəkildə dörd nəfərin kiçik şüşədə olan spirtli içkini bir-birinə vurduğu görünür. Ancaq kişilərdən birinin mənzərəyə uyğunlaşan kamuflyaj paltarı görüntüdə neçə nəfərin olduğu barədə çaşqınlıq yaradıb.
“Beynim bu fotoda dörd nəfərin olduğuna inanmaqdan imtina edir”, – deyə istifadəçilərdən biri yazıb.
Nəşr 160 mindən çox bəyənmə toplayıb. Şərhlərdə bir çoxları şəkildəki insanların hamısını dərhal görmədiklərini etiraf edirlər.
Bəziləri bunu maskalamağın işə yaradığını və insanın görmə qabiliyyətini aldada biləcəyinin sübutu hesab edirdilər.
“İlk dəfə kamuflyajın həqiqətən işə yaradığını gördüm”, – deyə başqa bir istifadəçi yazıb.