Oqtay Əliyevin öldüyü qəza ilə bağlı DİN-dən AÇIQLAMA – YENİLƏNİB + FOTO/VİDEO

Oqtay Əliyevin öldüyü qəza ilə bağlı DİN-dən AÇIQLAMA – YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol qəzasında ölüb.

Hadisə Abşeron rayonu Saray qəsəbəsində qeydə alınıb.

Oqtay Əliyevin idarə etdiyi “Toyota” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Qəza zamanı Oqtay Əliyev ölüb. Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

Daxili İşlər Nazirliyindən faktı təsdiqləyiblər.

***

19:06

Abşeron rayonu ərazisində, Saray yolunda avtomobil qəzası baş verib.

Bu barədə Xalq artisti Mehriban Zəki bildirib.

O, avtomobildə rejissor Oqtay Əliyev, aktrisa Dilarə Əliyevanın da olduğunu qeyd edib.

Mehriban Zəki xəsarət aldığını və hazırda Sumqayıt xəstəxanasına aparıldığını bildirib.

 

 

104467910446781044677

Mənbə

Share: