Atam hazırda M.Topçubaşov adına xəstəxanadadır. Bura gətirilən zaman vəziyyəti çox kritik idi. Hazırda az da olsa, yaxşıya doğru səhhətində yenilənmə olub.
Bu sözləri Axar.az-a hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev deyib.
“Səhhətinin yaxşılaşması deyərkən, yəni təzyiqi bir az normallaşıb. Hərarəti və sudurğası hələ də var. Özəl xəstəxana olaraq “Bona Dea” və Türkiyədəki həkimlər məsləhət görülür. Yaxşı olardı ki, atam ilk növbədə düzgün müayinə olunsun. Sonra lazımi tədbirlər görülsün. Dünəndən indiyə qədər heç bir müayinə olunmayıb”, – T.Gülalıyev qeyd edib.
Qeyd edək ki, ötən gün Oqtay Gülalıyevin qastrostomiya borusunun dəyişdirilməsindən sonra vəziyyəti kəskin şəkildə pisləşib və Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
Onun müalicəsi TƏBİB-in nəzarəti altındadıdır.