Budapeştdə səfərdən olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan Baş naziri Viktor Orbanla görüşüb.
Modern.az xəbər verir ki, görüş zamanı liderlər bir-birinə hədiyyə veriblər.
Ərdoğan Orbana Türkiyənin yerli istehsalı olan “Togg” elektromobil hədiyyə edib.
Orban isə Ərdoğana Macar atı hədiyyəsi təqdim edib.
Qeyd edək ki, Ərdoğan Türkiyə-Macarıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı toplantısına qatılacaq.



