Macarıstanın Rusiya neft və qaz şirkətlərinə qarşı ABŞ sanksiyalarından ölkəsini azad etmək üçün ABŞ prezidenti Donald Trampla hər hansı sövdələşmələr etmək niyyətində olmadığını deyən Baş nazir Viktor Orban bu məsələnin həllində ABŞ liderinin sağlam düşüncəsinə və anlayışına arxalandığını bildirib.
Millətin Səsi.az xəbər verir ki, rəsmi səfərlə Vaşinqtonda olan Orbanın cümə günü Ağ Evdə Trampla görüşü planlaşdırılır. O, Macarıstanın Rusiyadan enerji resursları almasına mane olan sanksiyalardan azad edilməsinin mümkünlüyünü müzakirə etməyi planlaşdırır. “Bunun müqabilində heç nə vermək istəmirəm və biz amerikalılardan heç bir hədiyyə də istəmirik. Biz yalnız sanksiya sisteminin bizim kimi ölkələri qeyri-mümkün vəziyyətə saldığını başa düşməyə ümid edirik. Beləliklə, Rusiyanın enerji resursları məsələsi sövdələşmə məsələsi deyil, anlaşma tələb edir. Ona görə də sağlam düşüncə və anlayışı rəhbər tutaraq, prezident Donald Trampdan xahiş edirəm ki, Vaşinqton radiosunun efirində ölkəmizə istisnalar etsin”.


