“Oreşnik”lə Ukraynaya zərbə endirilməsi Aİ və ABŞ-a xəbərdarlıqdır- Anitta

“Oreşnik”lə Ukraynaya zərbə endirilməsi Aİ və ABŞ-a xəbərdarlıqdır- Anitta

Brüssel Rusiyanın Ukraynaya “Oreşnik” raket zərbəsini Aİ və ABŞ-a xəbərdarlıq hesab edir və Ukraynaya hərbi yardımı davam etdirmək niyyətindədir.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının sözçüsü Anitta Hipper Brüsseldə keçirdiyi brifinqdə bildirib ki

“Rusiyanın “Oreşnik” raketindən istifadə etməsi Ukraynaya qarşı açıq-aşkar eskalasiyadır və yenə də Avropa və ABŞ-a xəbərdarlıq xarakteri daşıyır. Biz Ukraynanı dəstəkləyirik və eyni zamanda, bu yaxınlarda koalisiyasının iclasında olduğu kimi, gələcək addımlara da hazırlaşırıq”, – o qeyd edib.

Qeyd edək ki, Rusiya Müdafiə nazirliyi Kiyevin dekabrda Rusiya prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına hücumuna cavab olaraq Ukraynadakı kritik hədəflərə “Oreşnik” raketi də daxil olmaqla, kütləvi zərbələr endirdiyini bildirnişdi.

Share: