Orqanizmi viruslardan qoruyan və immuniteti gücləndirən ƏDVİYYAT

Çin alimləri respirator infeksiyalarının yayılması dövrlərində yeməklərə sarıkök əlavə etməyi və sarıkök əlavə olunmuş su içməyi tövsiyyə edirlər.

Hazırda dünyanı silkələyən koronavirus da respirator viruslarına aiddir.

Sarıkök güclü virus və mikrob əleyhinə təsirə malikdir, immun sistemini gücləndirir, orqanizmə iltihabəleyhinə təsir edir.

Saglamolun.az FoodNeews portalına istinadla bildirir ki, mütəxəssislər orqanizmi viruslara qarşı daha davamlı etmək üçün mayenin qəbulunu artırmağı və xüsusilə sarıkök çayı içməyi tövsiyyə edirlər.

Sarıkök çayı hazırlamaq üçün 1/3 çay qaşığı sarıkökü 1 stəkan ilıq suya əlavə edin və qarışdırın. Çaya bal əlavə etmək olar. Bu çayı epidemiya zamanı hər gün içmək lazımdır.

Bioloji aktiv maddə olan “kurkumin” sayəsində sarıkök həmçinin qaraciyərin sağlamlığını qoruyur, onkoloji xəstəliklərin riskini azaldır.

Sarıkök həzmi yaxşılaşdırır, köpü aradan qaldırır, artrit zamanı ağrıları azaldır.

Share: