Ramazanda oruc tutan insanlarda ən çox rast gəlinən narahatlıqlardan biri də baş ağrısıdır. Baş ağrısı oruc zamanı daha şiddətli hiss olunur.
Çünki ağrını kəsmək üçün heç bir dərman qəbul edilə bilməz.
Bəs oruc tutarkən artan baş ağrısı üçün nə etmək lazımdır?
Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, bədən istiliyinin dəyişməsi sinus yollarının daralmasına səbəb olur.
Buna uzun müddətli susuzluq əlavə edildikdə baş ağrısı yaranır. Hər saat başı orta hesabla 13-15 dəqiqə təmiz havada dincəlmək baş ağrısının qarşısını alır.
Bundan başqa, aclıq və susuzluq qan dövranına mənfi təsir göstərir. Beyinə kifayət qədər qan gəlmədikdə, xüsusən də frontal hissələrdə ağrılar yaranır. Bu ağrılara görə insan başını qaldırmaqda əziyyət çəkir. Ən sadə üsul isə soyuq kompresdir. Soyuq su torbası və ya buz parçaları ya alına, ya da boyun arxasına yerləşdirilə bilər. Ani soyuqluğun təsiri ilə qan dövranında dəyişikliklər baş verir.
Bununla yanaşı, bir müddət uzanmaq da faydalıdır.
Eyni zamanda, nanə və çay ağacı yağı da baş ağrılarına çox yaxşı təsir edir. Bu yağları ayaq və biləklərə, həmçinin boyuna masaj edərək tətbiq edin.
Bir neçə dəqiqə ərzində həddi aşmadan yağları qoxulaya bilərsiniz. Bu da əsəb sisteminə çox müsbət təsir edir və qan dövranını asanlaşdırır.