Ötən il 10 yeniyetmə qız məhkum olunub

“2021-ci ildə 259 yeniyetmə məhkum olunub. Onlardan 249 nəfəri oğlan, 10 nəfəri isə qızdır”.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə öz “Facebook” profilində paylaşıb edib.

 

O qeyd edib ki, həmin yeniyetmələrdən 52 nəfəri 14-15, 207 nəfəri 16-17 yaşında olanlardır:

 

“Seksual xarakterli zorakılıq hərəkətləri törətmiş 12 yeniyetmə məhkum edilib ki, onlardan 2 nəfəri 14-15, 10 nəfəri isə 16-17 yaşda olanlardır. Ümumilikdə, cinayət törədən 259 yeniyetmənin 226 nəfərinin hər iki valideyni, 26 nəfərinin 1 valideyni var, 7 nəfərinin isə valideynləri barədə məlumat yoxdur. Yeniyetmələr tərəfindən törədilən cinayətlərdən 135 fakt oğurluqla bağlıdır”, – deyə K.Ağazadə vurğulayıb.

Mənbə

Share: