Ötən il AZAL-a 10 milyon manat ayrılıb

 

Ötən il nəqliyyat və rabitə xərclərindən Bakı Metropolitenində sərnişindaşıma xidməti haqqının onun maya dəyərindən aşağı olması nəticəsində metropolitenin fəaliyyətinin maliyyə nəticələri üzrə yaranan zərərin örtülməsi üçün 51,9 milyon manat ayrılıb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.

Bundan əlavə, Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə, Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin örtülməsi üçün “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə 10,0 milyon manat, nizamnamə kapitalının artırılması üçün “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsə 23,0 milyon manat, Universal Poçt xidmətlərinin göstərilməsi ilə əlaqədar milli poçt operatoruna dəyən zərərin ödənilməsinə 113,7 min manat maliyyə yardımı (subsidiya) ayrılıb.

Mənbə

Share: