Gürcüstan azərbaycanlılar arasında ilk 4 səyahət istiqamətinə daxil olub.
Modern.az xəbər verir ki, bu barədə “Sputnik Georgia” məlumat yayıb.
Bildirilib ki, 2022-ci ildə 1.4 milyondan çox azərbaycanlı xarici ölkələrə səfər edib ki, onların da 8.6 faizi Gürcüstanı seçib.
44 faizlə ilk yerdə Türkiyə, 18 faizlə ikinci yerdə isə Rusiya qərarlaşıb. Əhalinin 15.8 faizi isə digər ölkələrə üz tutub.