Ötən il sərhəddə 128 milyon manatlıq qaçaq mal tutulub

Ötən il sərhəddə 128  milyon manatlıq qaçaq mal tutulub

Ötən il Azərbaycanın dövlət sərhədində 128 milyon 255 min 862 manat dəyərində qaçaqmal tutulub.

MillətinSəsi.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətində 2025-ci ilin xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində deyilib.

İl ərzində Dövlət Sərhəd Xidmətinin struktur qrumları tərəfindən, həmçinin digər hüquq mühafizə orqanları ilə birgə ümumilikdə 4 ton 311 kiloqram 864 qram narkotik vasitənin, 78457 ədəd psixotrop tərkibli və güclü təsiredici həbin, 128 milyon 255 min 862 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması, 24 ton 585 kiloqram narkotik xassəli bitkinin məhv edilib.

Share: