Ötən ilin 11 ayında Azərbaycanda neçə nəfər qızılcaya yoluxub?

Ötən ilin 11 ayında Azərbaycanda neçə nəfər qızılcaya yoluxub?

Ötən ilin 11 ayı ərzində Azərbaycanda 1493 nəfər qızılcaya yoluxub.

 

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Qeyd edilib ki, 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınsa da, 2023-cü ilin yanvar-noyabr aylarında 1 493 nəfər bu xəstəliyə yoluxub.

 

Vurğulanıb ki, Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Yoluxma əsasən uşaqlar arasında müşahidə edilib.

 

Mənbə

Share: