Ötən sutka 24 yanğına çıxış olub, dörd nəfər xilas edilib

Ötən sutka 24 yanğına çıxış olub, dörd nəfər xilas edilib

Ötən sutka ərzində 24 yanğına çıxış və dörd halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla dörd nəfər xilas edilib.

Mənbə

Share: