Oteldə ən qəribə müraciətlər

Britaniyanın “Travelodge” mehmanxanalar şəbəkəsinin personalı 2019-cu ildə müsafirlərdən daxil olmuş ən qəribə müraciətləri sadalayıblar.

AZƏRTAC xəbər verir ki, “Daily Mail” nəşri bu müraciətləri dərc edib.

Turistlərdən biri onu tuluq zurnası ilə yuxudan oyatmağı, digəri öz iti üçün steyk və ikiyaruslu çarpayı hazırlamağı, üçüncüsü isə yarım saat ərzində qolf oynamağı öyrətməyi və “şimal qütb parıltısının otelə düşməməsi, habelə qaldığı müddətdə mehtab olmasını xahiş edib. Şirkətin nümayəndəsi qeyd edib: “Biz müştərilərin xahişinə əməl etmək üçün əlimizdən gələni edirik və ən mürəkkəb məsələləri həll etməkdən məmnunluq duyuruq. Lakin bəzən bizim imkanımız daxilində olmayan müraciətlər olur. Məsələn, iri magistralda nəqliyyatın hərəkətini dayandırmaq və ya yuxulamaq üçün bir sürü qoyun gətirmək”.

Bəzi müsafirlər təzə haqqisi (qoyun içalatından şotland milli yeməyi) haradan əldə edilməsi, yerli bayram şənliyində iştirak etmək üçün paltarda saçaq olması, haqqisin yanında kartof püresi və bu ərazidə yetişən turp gətirilməsi kimi xahişlərlə müraciət edirlər. Nəhayət, mehmanxana şəbəkəsinin əməkdaşları bildiriblər ki, səyahətçilər hətta romantik gecə keçirmək üçün otel otağını qanqal rəngində boyamağı və toyda bəyin dostu olmağı xahiş ediblər.

“Travelodge” Britaniyanın bütün ölkə boyu ən çox otelləri olan şirkətidir. Ona məxsus 570 oteldə hər il təqribən 19 milyon turist qalır.

Noyabrda turizm sənayesinin nümayəndələri səyahətçilərin və VIP müştərilərin ən qəribə müraciətləri barədə danışıblar. “Strong Travel” şirkətinin prezidenti Cim Stronqun sözlərinə görə, onun müştərilərindən biri onun qızının dağsiçanı üçün baxıcı tapmağı və onu başqa ştata köçürməyi xahiş edib.

Share: