“Ovçuluq haqqında” qanuna dəyişiklik edilir

 

Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyası üçün ilk iclası keçirilib.

Millətin Səsi.az xəbər verir ki, iclasın gündəliyində 3 məsələnin müzakirəsi yer alıb.

İlk olaraq 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Aqrar siyasət komitəsində görülən işlər barədə hesabat təqdim olunub. Daha sonra komitənin 2023-cü il payız sessiyası üçün iş planının layihəsi müzakirə olunub.

İclasda həmçinin “Ovçuluq haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) müzakirədən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

Mənbə


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/milletinsesi.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share: