
Özəl sektorda çalışan müəllimlər sertifikasiya imtahanlarına cəlb edilməyəcək və bu məsələ hələ nəzərdə tutulmur.
Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə səsləndirilən suallara cavabında deyib.
Nazir, həmçinin yaşlı müəllimlərin nəticələrinə də toxunub. “Elə müəllimlər var ki, 65 yaşı var, amma sertifikasiya imtahanında yüksək nəticə toplayıb. Təbii ki, həmin şəxslərin sistemdə saxlanmasının tərəfdarıyam”,- o bildirib.
