“Azərbaycanda özəl təhsil hələ də bir faizin altındadır”.
Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün Beynəlxalq Maarif Məktəblərinin açılış mərasimində deyib.
Nazir qeyd edib ki, Azərbaycan cəmiyyəti özəl təhsil sektoruna tam olaraq alışmayıb:
“Amma biz Elm və Təhsil Nazirliyi olaraq özəl təhsilin inkişafında maraqlıyıq. Bu, həm rəqabətin təmin edilməsi, iş yerlərinin açılması deməkdir. Əminəm ki, bu məktəb say etibarı ilə o qədər çox məzun buraxmasa da, hər bir məzunun böyük ürəyi, savadı olacaq”.