Dekabrın 24-də, doğum günündə Qərbi Azərbaycandan olan ziyalılarla görüşən Prezident İlham Əliyev öz yurdundan zorla qovulmuş minlərlə soydaşımıza müjdəli xəbəri çatdırdı – İllərlə həsrətində olduğumuz Qərbi Azərbaycana qayıdacağıq…
Qarabağda tarixi zəfərə imza ataraq 30 illik işğala son qoyan Ali Baş Komandan ziyalılar qarşısında yeni hədəfimizi göstərdi və Azərbaycandan qoparılaraq Ermənistana verilmiş tarixi torpaqlarımıza böyük qayıdışın anonsunu verdi.
Dövlət başçısının çıxışını sevinclə qarşılayan Qərbi azərbaycanlılar tezliklə öz evlərinə qayıdacaqlarına inanırlar.
Elə qonağı olduğumuz Qənbərovlar ailəsi də ümidlə həmin gününü gözləyir. “Bir gün biz də dönəcəyik”, – deyən müsahiblərimiz Qərbi Azərbaycanda qoyub gəldikləri öz yurdlarının həsrətilə yaşayır, amma ümidlərini itirmədiklərini deyirlər.
Ətraflı Modern.az-ın hazırdalığı videoreportajda:
Video: Əjdər İbrahimov