Cari il 21-22 sentyabr tarixlərində Özbəkistan Mədəniyyət Nazirliyi, Fərqanə vilayət hakimliyi və “Hunarmand” (Dulusçuluq) Assosiasiyasının birgə layihəsi ilə Kokand şəhərində II Beynəlxalq Tətbiqi Sənəti Festivalı keçirilib.
Moderator.az xəbər verir ki, tədbirlərdə dünyanın 70 ölkəsindən gələn dulusçular, sənətşünaslar, ekspertlər, keramika və ağacoyma sahəsinin usta və şagirdləri, tədqiqatçılar, dünyanın müxtəlif ölkələrindən gələn biznes sahəsinin nümayəndələri iştirak edib.