Özbəkistan Müdafiə Nazirliyinin anbarında partlayış baş verib

Özbəkistanın Sırdərya vilayətində Müdafiə Nazirliyinin anbarında partlayış baş verib.

 

Bu barədə nazirliyin “Telegram” kanalında bildirilib.

 

İlkin məlumatlara görə, xəsarət alan olmayıb.

 

Partlayışın səbəbi açıqlanmayıb.

 

Partlayış nəticəsində yaranan şok dalğası bir çox qonşu ev və mağazalarda şüşələri sındırıb, bəzi tikililər dağılıb.

Mənbə

Share: