Özbəkistan növbədənkənar prezident seçkilərinə gedir

Özbəkistan növbədənkənar prezident seçkilərinə gedir

Özbəkistanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

 

Modern.az “Kun.uz”a istinadən xəbər verir ki, bu barədə Özbəkistan prezidenti Şavkat Mirziyoyev danışıb.

 

O, dəqiq tarixi açıqlamayıb.

 

Bu, dövlət başçısının səlahiyyət müddətinin 5 ildən 7 ilə uzadılması ilə bağlı konstitusiyaya dəyişiklik edildikdən sonra ilk prezident seçkiləri olacaq.

 

Konstitusiya qanununa görə, ikinci müddətə vəzifədə olan hazırkı prezident Şavkat Mirziyoyev yenidən namizədliyini irəli sürə bilər.

 

Qeyd edək ki, referendumla konstitusiyaya edilən dəyişikliklərlə yanaşı, Özbəkistanda seçki məcəlləsinə də dəyişikliklər edilib.

Bu xəbər ilə bağlı

Özbəkistanda seçkilərin təşkili qaydaları dəyişir


Xəbəri oxu

Mənbə

Share: