Özbəkistan Prezidenti İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırıb

Özbəkistan Prezidenti İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırıb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İsrail və Fələstini sülh danışıqlarına başlamağa çağırıb.

Bu barədə Özbəkistan dövlət başçısı ECO sammitinin açılışındakı çıxışında bildirib.ş

“Mülki şəxslər – qadınlar, uşaqlar, qocalar getdikcə daha çox bu müharibənin qurbanlarına çevrilirlər. Tərəfləri dərhal hərbi əməliyyatları dayandırmağa və sülh danışıqlarına başlamağa çağırırıq”, – o deyib

Özbəkistan Prezidentinin sözlərinə görə, Fələstin xalqının öz müstəqil dövlətini yaratmaq hüququ var və bu, BMT-nin qətnamələri ilə təsdiqlənib.

Mənbə

Share: