Özbəkistan Türkiyədə baş verən zəlzələ ilə bağlı başsağlığı verib.
Modern.az xəbər verir ki, bu barədə “Kun.uz” məlumat yayıb.
Bildirilib ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana başsğlığı məktubu göndərib.
Məktubda zəlzələ nəticəsində ölənlərlə bağlı dərin kədər ifadə olunub, türk xalqına başsağlığı diləkləri çatdırılıb.
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə, zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.