Özbəkistan yeni spiker seçdi

Yeni seçilmiş Özbəkistan parlamentinin aşağı palatası – Ali Məclisinin birinci iclası keçirilib.

Milletinsesi.az xəbər verir ki, iclasda iştirak edən Özbəkistan Prezidenti Şövkət Mirziyayev yeni seçilən deputatları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Dövlət başçısı deyib ki, Ali Məclisə gənclər təşkilatlarının 9 üzvü və 48 qadın da seçilib. Seçkilərdə ən çox mandat qazanmış Liberal-Demokrat Partiyasının Ali Məclisdəki fraksiyasının rəhbəri Aktam Xaitov parlamentin spikeri vəzifəsinə yenidən Nuriddincan İsmayılovun namizədliyini irəli sürüb.

Gizli səsvermə yolu ilə Nuriddincan İsmayılov Ali Məclisin sədri seçilib.

 

Share: