Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 1380 nəfədir.
Özbəkistan Səhiyyə Nazirliyinin məlumatına görə, əgər koronavirusa yoluxanların sayı aprelin 15-dən 16-dək 135 nəfər artmışdırsa, dünəndən bu günə cəmi 31 xəstə qeydə alınıb. Demək xəstəliyə yoluxma səviyyəsi aşağı düşür. Dünəndən bu günə sağalanların sayı 22 nəfər artaraq 129-a çatıb.
Ölkə mətbuatı bildirir ki, koronavirusdan dünən bir Özbəkistan vətəndaşı Rusiyanın Voronej şəhər xəstəxanasında dünyasını dəyişib.