Bu günədək Özbəkistanda COVID-19 koronavirusundan 621 nəfər sağalıb.
Özbəkistan Səhiyyə Nazirliyi xəbər yayıb ki, son sutka ərzində COVID-19 koronavirusuna yoluxanların sayı 58 nəfər artaraq 1836-ya çatıb.
Bildirilir ki, indiyədək 621 nəfər sağalıb, 1207 yoluxan insan müxtəlif xəstəxanalarda müalicə edilir, 8 xəstə ölüb.
Məlumatda bildirilir ki, hazırda Özbəkistanda stasionar və ev şəraitində karantində təxminən 90 min adam var.