Özbəkistanın XİN başçısı Azərbaycana təşəkkür etdi

Özbəkistanın XİN başçısı Azərbaycana təşəkkür etdi

Qoşulmama Hərəkatına (QH) yüksək effektli sədrliyinə görə Azərbaycana təşəkkür edirik.

 

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Koordinasiya Bürosunun nazirlər toplantısında çıxışında Özbəkistan XİN rəhbəri Baxtiyor Saidov deyib.

 

“Eyni zamanda Azərbaycanı təbrik edirik. Bu gün ölkəniz vacib beynəlxalq tədbirlərin keçirildiyi ünvana çevrilib və bu, təqdirə layiqdir. Təşkilatın QH-nin gücləndirilməsində Azərbaycanın rolunu yüksəkdir. Bu gün qlobal ictimaiyyət böhranla üzləşir. Eyni zamanda qlobal təsirlər ərzaq və enerji təhlükəsizliyinə təhdidlər törədir. Bu da regionlara təsir edir. Amma buna baxmayaraq, QH üzvləri prioritet sahələrdə əməkdaşlığını gücləndirir”.

Mənbə

Share: