Özbəkistanla bağlanan 4 saziş təsdiqləndi

Milli Məclis Özbəkistanla bağlanan 4 sazişi təsdiq edib.

Millətin Səsi.az xəbər verir ki, bununla bağlı Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında məsələlər ayrı-ayrılıqda müzakirə edilib.

Həmin sazişlər “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Saziş, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” Saziş, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Saziş, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişdir. Qeyd olunan sənədlərlə bağlı qanun layihələri müzakirələrdən sonra səsverməyə qoyularaq, qəbul edilib.

Mənbə

Share: